MÖVZU 28
CÖVDƏT HACIYEVİN “SÜLH UĞRUNDA” SİMFONİK
POEMASININ DRAMATURGİYASI
Bəstəkar Cövdət Hacıyevin “Sülh uğrunda” simfonik poeması ilk dəfə Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestri tərəfindən məşhur dirijor-bəstəkar Niyazinin rəhbərliyi ilə səslənmişdir.
“Sülh uğrunda” simfonik poeması — azadlıq, sülh, istiqlaliyyət uğrunda mübarizəyə həsr edilmişdir.
Simfonik poemada Cövdət Hacıyev dövrün mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirmişdir. Bu musiqi bəşəriyyəti azadlıq və tərəqqi uğrunda fəal mübarizəyə, işğalçıların zülmünə qarşı ayağa qalxmağa çağırır.
Əsər fanfar xarakterli mövzu ilə başlayır. Əsərin əsas mövzusu aşıq musiqisini xatırladır və cəld tempdə səslənir. Köməkçi mövzu xaraktercə əsas mövzu ilə təzad təşkil edir. Simfonik poemanın sonundakı təntənəli yürüş xalq birliyini xatırladır.
Fanfar — mis musiqi alətidir. Nəfəsli alətlər qrupuna daxildir. Əsasən, siqnalların ötürülməsi üçün istifadə edilir. Fanfar — həm də təntənəli və hərbi xarakterli musiqi frazalarına deyilir. Bu musiqi frazaları fanfar musiqi alətinin köməyi ilə ifa edilir.
Musiqi dinləyək
Cövdət Hacıyev.
«Sülh uğrunda» simfonik poema. Giriş, əsas və köməkçi mövzuların hərəsindən bir parça
Notla oxuyaq
Cövdət Hacıyev.
“Sülh uğrunda” simfonik poema. Əsas mövzudan bir parça