Mahnı oxuyaq
VƏTƏN ƏMANƏTİ
Musiqisi və sözləri Şahin Musaoğlunundur.
Döyüşlərdə bərkiyəcək son sözünü demək üçün,
Haqq yolundan dönməyəcək azadlığa yetmək üçün.
Nəqərat:
Əsgər, Vətən əmanəti, yurd əmanəti,
Əsgər, ocaq əmanəti, od əmanəti.
İntiqamı alınmasa şəhidlərin, geri dönmə!
Son qələbə çalınmasa, silahınla sən öyünmə!
Nəqərat:
Atılanda düşmən üstə qollarına təpər olsun,
Göz yoldadır, qulaq səsdə, savaşımız zəfər olsun.
Nəqərat:
SUAL VƏ TAPŞIRIQLAR
-
“Basqın” epizodu hansı simfoniyaya aiddir?
-
Faiq Sücəddinovun “Zəfər” simfonik poemasını dinləyin. Simfonik
poemada Zəfər obrazının musiqi ifadə vasitələri ilə yaranmasından
danışın.
-
“Vətən əmanəti” mahnısı haqqında kiçik şifahi təqdimat hazırlayın.