MÖVZU 21
MUSA MİRZƏYEVİN “ROMANTİK VALS-POEMA”SI VƏ
İOHANN ŞTRAUSUN “VYANA MEŞƏSİNİN NAĞILLARI”
ƏSƏRLƏRİNİN DRAMATURGİYASI
İnstrumental ifa üçün nəzərdə tutulmuş lirik xarakterli əsərə vals-poema deyilir. Bəstəkar Musa Mirzəyevin “Romantik vals-poema” sı Böyük Simli Alətlər Orkestri üçün bəstələnmişdir. Əsərin əsas mövzusunu əvvəlcə orkestrin I skripkaçıları, sonra isə II skripkaçıları ifa edirlər. Reprizada əsas mövzu altlar, violonçellər tərəfindən səslənir. Əsərdə sonata forması elementləri özünü göstərir. Musa Mirzəyevin “Romantik vals-poema”sı vals tempində yazılmışdır.
Musiqi dinləyək
Musa Mirzəyev.
«Romantik vals-poema» əsərindən bir parça
Vals janrının yaradıcısı Avstriyanın paytaxtı Vyanada yaşayan ata İohann Ştrausdur. İohann Ştrausun böyük oğlunun da adı İohann idi. Oğul İohann Ştraus ilk konsertini verəndə ata Ştrausun 40, oğulun isə 20 yaşı vardı. Oğul İohann Ştrausun bütün dünyada tanınan əsərlərindən biri “Vyana meşəsinin nağılları” valsıdır. Bəstəkar bu əsərin əsas mövzusunun motivini bülbül cəh-cəhindən götürmüşdü.
Musiqi dinləyək
İohann Ştraus.
«Vyana meşəsinin nağılları». Əsas melodiyadan bir parça
İki musiqi əsərinin oxşar və fərqli cəhətləri