MÖVZU 20
ƏFRASİYAB BƏDƏLBƏYLİNİN “QIZ QALASI”
BALETİNİN DRAMATURGİYASI
Bəstəkar Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti Azərbaycanın ilk milli baletidir. Baletin librettosu da bəstəkara məxsusdur. Rəqslərin quruluşu Qəmər Almaszadənindir. Librettonun mövzusu Qız qalası haqqında əfsanədən götürülmüşdür. Əsərdə azadlıq, məhəbbət və xoşbəxtlik uğrunda mübarizədən danışılır.
Qız qalası haqqında xalq arasında bir neçə əfsanə dolaşır. Bütün əfsanələrin sonunda qız özünü qalanın başından dənizə atır. Məhz buna görə də qala Qız qalası adlanır.
Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti də bu əfsanələrdən biri əsasında yazılıb. Baletin baş qəhrəmanları Gülyanaqla Poladdır. Polad əsl qəhrəmandır və Gülyanağın sevgisini qazanıb. Zəhmli Cahangir xan haqqında qədim rəvayət nəsildən-nəslə keçərək yayılıb və onu bu dastanın mənfi qəhrəmanına çevirib. Cahangir xan Gülyanağın atasıdır. O, qızının səadətinə mane olur. Gülyanağı Poladdan ayırmaq istəyir. Gülyanaq bir şərtlə razı olur: dənizin ortasında hündür qala tikilməlidir. Baletin sonunda Poladla xan döyüşür və xan məğlub olur. Gülyanaq isə Poladın məğlub oluğunu zənn edib, özünü qaladan dənizə atır və qala əbədi olaraq Qız qalasına çevrilir.
Musiqi dinləyək
əfrasiyab Bədəlbəyli.
“Qız qalası” baleti. I pərdədən “Adajio”