MÖVZU 18
“Qaraca qızla Ağcanın dueti” “Qaraca qız” hekayəsi əsasında yaradılmışdır. Lakin bir qədər ritmi dəyişilmiş şəkildə, zarafat xarakterində səslənir.
Yeni mahnı öyrənək
ƏSGƏR QARDAŞLAR
Musiqisi Nailə Mirməmmədlinin,
sözləri Zəminə Xınalınındır.
I
Mətin addımların döyüntüsündən
Lərzəyə düşübdür düşmən ordusu.
Əsgər qardaşların uca boyundan
Qorxuya düşübdür düşmən ordusu.
Nəqərat:
Geriyə yol yoxdur, yalnız irəli!
Açılan sabahlar gözləyir sizi.
Sevib-sevindirin siz qəlbimizi,
Yaşayın, var olun, əsgər qardaşlar!
Analar fəxr edir, bacılar sevir,
Sizin qədrinizi bütün el bilir.
Sevincdən xalqım da göz yaşın silir,
Sevinin, şad olun, əsgər qardaşlar!
Yaşayın, var olun, əsgər qardaşlar!
II
Ürək döyüntüsü, qəlb çırpıntısı,
Qaranlıq gecənin tez açılması,
Nurlu sabahların işıq saçması
Sizin əlinizdə, əsgər qardaşlar.