MÖVZU 17
Yeni mahnı öyrənək
LALƏLƏR
Musiqisi Telman Hacıyevin,
sözləri Aslan Aslanovundur.
I
Yazın əvvəlində Gəncə çölündə,
Çıxıbdır yenə də düzə lalələr.
Yağışdan islanmış yarpaqlarını
Səriblər çəmənə, düzə lalələr...
Nəqərat:
Lalələr... lalələr...
Lalələr... lalələr...
II
Xəyalımdan nələr gəlib, nə keçər,
Yaz gələr, ellərə durnalar köçər.
Bulaqlar samovar, ağ daşlar şəkər,
Bənzəyir çəməndə közə, lalələr...
Nəqərat:
Lalələr... lalələr...
Lalələr... lalələr...
III
Meylim üzündəki qara xaldadır,
Hicranın əlacı ilk vüsaldadır.
Nə vaxdır Bakının gözü yoldadır,
Bir qonaq gələsiz bizə, lalələr...
Nəqərat:
Lalələr... lalələr...
Lalələr... lalələr...