MÖVZU 16
Notla oxuyaq və dinləyək
Türk qızlarının rəqsi
(II pərdə)
Yeni mahnı öyrənək
DOĞMA DİYAR
I
İstəyi nur, arzusu nur,
Hər qayası Koroğludur.
Qəhrəmanlar nər oğludur
Bu torpağın, bu diyarın.
Nəqərat:
Nəğməlidir qışı, yazı,
Arpaçayı, Xan Arazı.
Taleyini Günəş yazıb
Bu torpağın, bu diyarın.
II
Uşaqları qızıl lalə,
Gülüşləri gur şəlalə,
Ağ evləri bir ağ lalə
Bu torpağın, bu diyarın.
Nəqərat:
III
Əhd-ilqara düz ellərdir,
Süfrəsi gen düzənlərdir.
Çiçək tacı gözəllərdir
Bu torpağın, bu diyarın.