MÖVZU 12
Miniatür janrı rəssamlıq sənətində də geniş yayılmışdır. Rəssam Abdulla Ələkbərovun “Nəğməkar qız”, “El bilir ki, sən mənimsən”, Arif Hüseynovun “Ağ atlı oğlan” əsərləri və s. məhz bu janra aiddir.
“Barkarola” adlı fortepiano pyesi rus bəstəkarı Pyotr Çaykovskinin yaradıcılığında da var. P.Çaykovskinin “İlin fəsilləri” fortepiano pyesləri silsiləsində yaz, yay, payız və qış fəsillərinin hər birinə üç pyes bəstələnib.
Musiqi dinləyək
Pyotr Çaykovski.
«İlin fəsilləri» fortepiano pyesləri silsiləsindən «Barkarola»
Yeni mahnı öyrənək
QAR
Musiqisi və sözləri
Səadət Fərziyevanındır.
I
Bəyaz paltar geydi dağ,
təpə, meşələr.
Bəyaz örpək örtdü üstünə
çəmənlər.
Yollar buz bağladı, çaylar
pıçıldadı.
Söylədi: “Təzə il gəlir!”
Nəqərat:
Bax qara, qara bax, yağır,
gətirir soraq.
Dekabrın son günü gələcək
bizə qonaq.
II
İlin fəsilləri gözəldir,
gözəldir.
Günəş, yağış, külək —
onların bəzəyidir.
Yaz sərin, yay isti,
payız isə küləkli.
Qış — boran, şaxta
gətirir.
Nəqərat:
Bax qara, qara bax, yağır,
gətirir soraq.
Dekabrın son günü gələcək
bizə qonaq.