MÖVZU 12
MİNİATÜR VƏ MUSİQİ OBRAZI
Miniatür kiçikhəcmli sənət əsərlərinə deyilir və bu janr həm musiqidə, həm də təsviri incəsənətdə öz tətbiqini tapıb.
Bəstəkar Fikrət Əmirov bu janrda “12 miniatür” adlanan fortepiano pyesləri silsiləsi yaratmışdır. Bu proqramlı silsilədə hər bir pyesin öz adı var. Onların adları belədir: “Ballada”, “Aşıqsayağı”, “Noktürn”, “Yumoreska”, “Lirik rəqs”, “Ovda”, “Layla”, “Vals”, “Barkarola”, “Tokkata”, “Elegiya”, “Marş”.
“Barkarola” italyan sözü olub, “Qayıqçının mahnısı” deməkdir. Sanki axşamçağı balıqçı öz qayığında üzür və həzin bir mahnı oxuyur.
Musiqi dinləyək
Fikrət Əmirov.
«12 miniatür» fortepiano pyesləri silsiləsindən «Barkarola»