MÖVZU 11
Musiqi dinləyək
Modest Musorqski.
“Sərgidən şəkillər” silsiləsindən “Küpəgirən qarı”
Modest Musorqski “Sərgidən şəkillər” silsiləsini cəmi üç həftəyə yazdığına baxmayaraq, əsər bəstəkarın ölümündən düz beş il sonra nəşr edilib və səhnələşdirilib.
Yeni mahnı öyrənək
VƏTƏN
Nəqərat:
Şöhrətim ey vətən, şanım ey vətən,
Sən mənim adımı ellərə yaydın.
Ürəyim ey vətən, canım ey vətən,
Mən şair olmazdım, sən olmasaydın.
Mahnı marş tempində səslənir. Mahnıda doğma Vətənimiz Azərbaycanın obrazı təntənəli xarakterli musiqi ilə öz əksini tapır.