MÖVZU 9-10
Musiqi dinləyək
Musiqisi Zakir Bağırovun, sözləri Səməd Vurğunundur.
“Layla”
Bu mahnı Səməd Vurğunun eyniadlı poeması əsasında çəkilmiş “Aygün” bədii televiziya filmindəndir. Filmdə ana obrazını aktrisa Nəcibə Məlikova canlandırmışdır. Bu layla kədərli layladır. Laylada obrazın əhvali-ruhiyyəsi öz əksini tapmışdır. Filmin bəstəkarı Zakir Bağırovdur.
Yeni mahnı öyrənək
LAYLA
Musiqisi Fikrət Əmirovun,
sözləri Nəbi Xəzrinindir.
I
Gecə keçər, üzün gülər,
Anan qurban, canım qurban!
Səhər gələr, atan gələr,
Anan qurban, körpə balam!
Layla, layla, yat, mənim əzizim! 2 |
Yat, yat!
II
Arzun coşsun, dəniz olsun,
Anan qurban, canım qurban!
Bəxtin sənin səhər kimi
Təmiz olsun, anan qurban!
Layla, layla, yat, mənim əzizim! 2 |
Yat, yat!