MÖVZU 9-10
Ana və körpə obrazı məşhur rəssamların yaradıcılığında da geniş vüsət tapmışdır. İntibah dövrünün (XV əsr) Leonardo da Vinçi, Mikelancelo, Rafael Santi kimi böyük rəssamları gözəl xarici görünüşə, zəngin mənəviyyata malik mükəmməl qadın obrazı yaratmaq üçün öz ideallarını məhz analıq mücəssəməsi olan qadında tapmışlar.
Azərbaycan rəssamlarının yaradıcılığında da bu obraz təsvir olunmuş sənət əsərləri mövcuddur.
Musiqi dinləyək
Fikrət Əmirov.
“Sevil” operasından “Layla”
Fikrət Əmirovun Cəfər Cabbarlının eyniadlı pyesi əsasında yazdığı “Sevil” operası Azərbaycanın musiqi həyatında mühüm hadisədir. Bu opera müasir mövzuda yazılmış ilk milli lirik opera kimi Azərbaycan incəsənəti tarixinə daxil olmuşdur.
Əsərin baş qəhrəmanı Sevil öz balasına layla çalır. Bu mahnını dinlədikcə insanın gözü önünə keçən əsrin əvvəllərində körpəsi üçün layla deyən Azərbaycan qadınının ümumiləşmiş obrazı gəlir.