MÖVZU 7-8
İki musiqi əsərinin oxşar və fərqli cəhətləri
Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” operettasında “Uzundərə” rəqsindən “Məşədi İbadın mahnısı”nda istifadə etmişdir.
Mahnını yada salaq və oxuyaq
ÇAL-OYNA
(Azərbaycan xalq mahnı-rəqsi)
I
Dost bağında açılıb güllər,
Sarılıb güllərə sarı bülbüllər.
Qızlar düzüb telinə güllər,
Gülürlər nazlana-nazlana.
Nəqərat:
Mehribanım, mehriban, dur oyna, çal-oyna.
Yaxşı oğlan, qəşəng qız, çal-oyna.
Gözəl oğlan, gözəl qız, çal-oyna.
II
Dost bağında bitər alçalar,
Ağ çiçəkləyər, yetər alçalar.
Toylarda qayda belədir,
Oğlan oxuyar, qızlar əl çalar,
“Çal-oyna” mahnı-rəqsdir. Çünki eyni zamanda həm oxunur, həm də rəqslə müşayiət edilir.