MÖVZU 7-8
Musiqi dinləyək
“Qaytağı”.
Azərbaycan xalq rəqsi
Müxtəlif zamanlarda yaranmış bu rəqslər müasir dövrdə də el bayramlarında, şənliklərdə ifa edilir. “Qaytağı” rəqsi cəsarət, mübarizlik, cəngavərlik əhvali-ruhiyyəsi əks etdirir. Cəld tempə malik bu musiqi nümunəsinin təranələri altında, əsasən, gənc oğlanlar rəqs edirlər. Niyazi, Tofiq Quliyev və Oqtay Rəcəbov simfonik orkestr üçün “Qaytağı” rəqsini yazmışlar.
Dağıstanda da öz ahəngi ilə “Qaytağı”ya oxşar “Ləzginka” və “Kabardin” rəqsləri var.
Musiqi dinləyək
“Zorxana”.
Azərbaycan xalq rəqsi
“Zorxana” rəqsinin adı gənclərin yarışdıqları yerin adından götürülüb. Bu rəqsdə musiqinin müşayiəti ilə iki gənc güləşir və qalib gələn mükafatlandırılır.
Musiqi dinləyək
“Darçını”.
Azərbaycan xalq rəqsi
Musiqi dinləyək
Üzeyir Hacıbəyli.
“O olmasın, bu olsun” operettasından “Məşədi İbad və Rüstəm
bəyin dueti”