MÖVZU 6
Bəstəkar Nikolay Rimski-Korsakovun yaradıcılığında təbiət obrazları çox geniş yer tutur. Biz onun “Sadko” operasından “Okean-göy dəniz” musiqisi ilə tanışıq.
Musiqi dinləyək
N.Rimski-Korsakov.
“Şəhrizad” simfonik süitasından I hissə
Bəstəkarın “Min bir gecə” nağıllarının motivləri əsasında yazdığı “Şəhrizad” simfonik süitasında təbiət obrazları böyük sənətkarlıqla işlənmişdir. Süita bir-biri ilə ortaq bədii və musiqi obrazları vasitəsilə birləşən dörd hissədən ibarətdir.
“Şəhrizad” simfonik süitasının birinci hissəsi “Dəniz. Sindbadın gəmisi” adlanır. Bu hissədə bəstəkar dəniz obrazını musiqi dili və ifadə vasitələri ilə çox gözəl təsvir edir. Bu süita ilə bəstəkar rus musiqisində simfonik nağıl janrının əsasını qoyur.