MÖVZU 6
MUSİQİ OBRAZLARI AZƏRBAYCAN VƏ RUS
BƏSTƏKARLARININ YARADICILIĞINDA
Bəstəkar Qara Qarayev Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri əsasında eyniadlı simfonik poemasını yazmışdır. Bu poemada Leyli və Məcnun obrazları musiqi ifadə vasitələrinin köməyi ilə təcəssümünü tapır. Poemada musiqi mövzuları gah gərginləşir, gah da lirik xarakter alır. Əsərdə üç mövzu var: birinci mövzu əsərin müqəddiməsində faciəvi vəziyyəti canlandırır, ikinci və əsas mövzu coşqun məhəbbəti göstərir. Üçüncü mövzu köməkçi partiyadır və insan idealının ifadəsidir.
Musiqi dinləyək
Qara Qarayev.
«Leyli və Məcnun» simfonik
poemasından köməkçi mövzu
Süita ümumi bədii məzmun və proqram cəhətdən eyni olan bir neçə müstəqil hissədən ibarət musiqi əsəridir. Süita termini musiqiyə XVII əsrdə fransız bəstəkarları tərəfindən gətirilmişdir.