MÖVZU 5
Notla oxuyaq
QUBANIN AĞ ALMASI
(Azərbaycan xalq mahnısı)
Azərbaycan bəstəkarları da şəhər və kəndlərimizə çoxlu sayda mahnılar həsr ediblər. Rauf Hacıyevin “Azərbaycan”, Tofiq Quliyevin “Bakı”, “Naxçıvan”, Səid Rüstəmovun “Sumqayıt”, Telman Hacıyevin “Gəncə”, Oqtay Rəcəbovun “Gəncə”, “Şuşa”, Vasif Adıgözəlovun “Şuşam, layla” və s. mahnılar məkan mövzusundadır.
SUMQAYIT
Marş tempində olan “Sumqayıt” mahnısını dinlədikcə insanın təsəvvüründə nəhəng sənaye şəhərimiz canlanır. Onun günbəgün artan sənaye obyektləri, park və xiyabanları, zəhmətkeş insanları göz önünə gəlir.
1. Xalq və bəstəkar mahnıları bir-birindən nə ilə fərqlənir?
2. Şəhər və kəndlərimizə həsr olunmuş hansı xalq və bəstəkar
mahnılarını tanıyırsınız?
3. 44 günlük müharibə və Zəfər musiqimizdə necə əks olunub? Hansı
zəfər nəğmələrini eşitmisiniz?