MÖVZU 3
Kəndi tərk edərkən anası qoca Oze onun qolları arasında dünyasını dəyişir. Solveyq uzaq diyarlarda başına qəribə hadisələr gələn Per Güntə sadiq qalır. Uzun illər onun yolunu gözləyir. Per Günt 40 il səyahət edir. Xəstə və qocalmış vəziyyətdə vətənə qayıdır. Solveyq Per Güntü bağışlayır.
“Per Günt” əsərində Anitranın rəqsi mazurka tempindədir.
ANAM AZƏRBAYCANIM
1. Hansı məşhur müğənnilər “Kor ərəbin mahnısı”nın ifaçısı
olublar? Araşdırma aparın və deyin.
2. “Per Günt” kamera-simfonik süitasının müsbət və mənfi qəhrəmanları
haqqında danışın. Per Günt, Solveyq, Oze qarı kimi obrazlarını
hansı keyfiyyətlərinə görə müsbət və mənfi olaraq
dəyərləndirdiniz ?
3. “Azərbaycan nəğmələrdə” mövzusunda şifahi təqdimat hazırlayın.