Elektron poçta qoşulmuş faylın açılması və məktubun
cavablandırılması.
- Elektron poçtunuz olan saytı (www.box.az) açın.
- Poçt qutunuzda Gələnlər (Inbox) qovluğuna daxil olun.
- Ötən dərs dostunuzdan gələn məktubu siyahıda tapıb seçin. Həmin
məktub açılacaq və qoşma faylın adı pəncərənin sağ (yaxud aşağı)
hissəsində əks olunacaq.
- Məktubun məzmunu ilə tanış olun.
- Qoşulmuş faylı açmaq üçün göstəricini onun adının üzərinə aparın və
çıqqıldadın. Qoşma fayl ya birbaşa kompüterin Downloads (Endirilmişlər)
qovluğuna yazılır, ya da yardımçı dialoq pəncərəsi açılır.
- Məktubu cavablandırmaq üçün
(Reply) düyməsini çıqqıldadın.
Məktubu aldığınız şəxsin e-poçt ünvanı avtomatik olaraq Kimə
(To)
sahəsində əks olunacaq. Bu məktubun cavab məktubu olduğunu Mövzu
sətrindəki “Re” yazısı bildirir.
-
Cavab məktubunun mətnini daxil edin. Qoşma fayla görə minnətdarlıq
etməyi də unutmayın.
- Məktubu göndərmək üçün
düyməsini çıqqıldadın.
Nəticəni müzakirə edək:
- Aldığınız fayl hansı növ fayl idi?
- Onun həcmini necə müəyyən etmək olar?