İstifadəçi adı və parolunuzu yığmaqla poçt qutunuza daxil olun.
Pəncərənin sol panelində bəndini
çıqqıldadın. Pəncərənin
sağ panelində məktub yazmaq üçün boş vərəq açılacaq.
Kimə sahəsinə məktub göndərmək istədiyiniz sinif yoldaşınızın e-poçt
ünvanını yazın.
Cc düyməsini çıqqıldadın və açılan sahəyə daha bir neçə sinif yoldaşınızın
elektron poçt ünvanlarını yazın.
Mövzu sahəsinə məktubun mövzusunu yazın.
Məktub sahəsinə keçin, məktubun mətnini yığın və redaktə edin.
düyməsini çıqqıldadın. Open dialoq
pəncərəsi açılacaq.
Məktuba qoşmaq üçün kompüterinizdə olan şəkil, musiqi, yaxud hər
hansı başqa bir faylı tapıb seçin.
Open düyməsini çıqqıldadın. Seçdiyiniz fayl məktubunuza əlavə
olunacaq.
Məktubu göndərmək üçün düyməsini
çıqqıldadın. Əgər
məktubun nəzərdə tutulduğu e-poçt ünvanı işləyirsə, məktubun
göndərilməsi barədə ekranda bildiriş əks olunacaq.