Genişzolaqlı bağlantı da adi telefon xətti, eləcə də televiziya kabeli, yaxud ayrılmış xətt kabeli vasitəsilə həyata keçirilir. Bu zaman DSL tipli modemlərdən (Digital Subscriber Line – rəqəmsal abunəçi xətti) istifadə olunur. Genişzolaqlı bağlantı yüksək sürətli olduğu üçün bahadır. Bu bağlantıda minimal sürət 128 Kbit/san olur, əsasən 2-4 Mbit/san sürətdən istifadə olunur. Genişzolaqlı bağlantıda sürət hətta 100 Mbit/san ola bilir. Bu bağlantı ilə internetdə işləyən zaman telefonla da sərbəst danışmaq imkanı olur.
Peyk kanalları və mobil telefonlar (GPRS) vasitəsilə bağlanma üsulları da vardır. Son zamanlar mobil qurğuların – noutbukların, planşet kompüterlərin, mobil telefonların geniş yayılması simsiz texnologiyalardan istifadəni zəruri edir. Hazırda belə qurğulardan İnternetə bağlanmaq üçün Wi-Fi texnologiyasından daha çox istifadə olunur.