1. KOMPÜTERİN MƏRKƏZİ QURĞUSU – PROSESSOR

  • İnformasiya kompüterə hansı qurğular vasitəsilə daxil edilir? Həmin qurğuların ümumi adı nədir?
  • Yaddaş, emal və çıxış qurğuları hansı funksiyaları yerinə yetirir?
Fəaliyyət – 1

Cədvəli iş vərəqində çəkin. Şəklə baxın, kompüterin əsas və əlavə qurğularının adlarını cədvəlin uyğun sətrinə yazın.

Kompüterin əsas qurğuları  
Kompüterin əlavə qurğuları  
Nəticəni müzakirə edək:
- Bu qurğulardan hansılar giriş, hansılar çıxış qurğularıdır?
- Nə üçün qurğuları əsas və əlavə adlandırırlar?

Altıncı sinifdə kompüterin yaddaş qurğuları haqqında geniş məlumat verilib. Növbəti iki dərsdə giriş və çıxış qurğularından danışılacaq. İndi isə verilənlərin emalı zamanı istifadə olunan qurğuları gözdən keçirək.

Sistem bloku kompüterin əsas hissəsidir: kompüterin qalan hissələri ya sistem blokunun içərisində yerləşir, ya da ona kənardan qoşulur. Sistem blokunun içərisində yerləşən ən vacib qurğu sistem lövhəsidir. Çox zaman ona ana lövhə də deyilir. Sistem lövhəsinin üzərində çoxlu komponentlər quraşdırılıb. Bu komponentlər içərisində ən önəmli olanları mərkəzi prosessor, operativ yaddaşgenişləndirmə yuvalarıdır.