Bu proqram kodunu bir qədər də təkmilləşdirmək olar. Diqqət etsəniz, görəcəksiniz
ki, növbəti ulduzun çəkilişindən öncə sağa 90 irəli x sola 90
komandalar qrupu gəlir. Bu komandalar Bağanı yeni mövqeyə keçirir. Qrupdakı
üç komandadan yalnız irəli
komandasının parametri (x
) dəyişir. Ona görə də
bu komandalar qrupunun əsasında keçid
adlı yeni altproqram (parametrli) yaratmaqla
proqram kodunu daha da təkmilləşdirmək olar.
sil ilkinvəziyyət qələminrəngi 4 qələmineni 3 ulduz() keçid (100) ulduz () keçid (130) ulduz () keçid (180) ulduz () altproqram ulduz () [ qələmiendir təkrarla 5 [irəli 30 sola 72 irəli 30 sağa 144] qələmiqaldır ] altproqram keçid (d) [ sağa 90 irəli d sola 90 ]