Bu yazılış onu göstərir ki, irəli
komandası üçün qiymət altproqramın
başlığındakı a
dəyişənindən götürülür. Belə dəyişənə altproqramın parametri
deyilir. Parametrin qiyməti altproqramın daxilində dəyişmir. Onun
qiyməti əsas proqramda göstərilir. Bir altproqramın bir neçə parametri ola
bilər. Onlar mötərizələrin içində göstərilir.
Dörd müxtəlif ölçülü kvadrat çəkmək üçün hər dəfə a
dəyişəninə yeni
qiymət vermək lazımdır. Bu zaman əsas proqramdan kvadrat
altproqramı
dörd dəfə çağırılmalıdır. Hər bir növbəti kvadratın çəkilişinə başlamaq üçün
yeni mövqeyə keçmək lazımdır.
sil qələmiendir kvadrat (80) qələmiqaldır geri 20 sola 90 irəli 20 sağa 90 qələmiendir kvadrat (120) qələmiqaldır geri 20 sola 90 irəli 20 sağa 90 qələmiendir kvadrat (160) qələmiqaldır geri 20 sola 90 irəli 20 sağa 90 qələmiendir kvadrat (200)
İlk olaraq tərəfi 80 olan kvadrat çəkilir. Belə ki, kvadrat (80)
yazısı çağırılan
altproqramın parametrinə (a
dəyişəninə) 80 qiymətinin göndərildiyini
göstərir. Sonra qələm qaldırılaraq yeni mövqeyə keçirilir və yeni ölçülü kvadrat
çəkilir. Sonuncu çəkilən kvadratın ölçüsü 200 olur.
Bir kvadratdan digərinə keçidi altproqram şəklinə salmaqla proqramı daha da qısaltmaq olar.
altproqram keçid () [ qələmiqaldır geri 20 sola 90 irəli 20 sağa 90
qələmiendir ]
Beləliklə, proqram belə bir şəkil alacaq:
sil qələmiendir