Altproqramlardan istifadə olunması həm proqramın yazılması vaxtını qısaldır, həm proqram kodunun həcmini azaldır, həm də proqramın strukturunu daha anlaşıqlı edir. Eyni zamanda bu yanaşma proqramın yazılışında səhvlərin sayının azalmasına da təsir göstərir.
Aşağıdakı proqramı ALPLogo mühitində yazıb icra edin. Nəticədə nə alındı? Altproqramı necə adlandırmaq olardı? O, neçə dəfə çağırılır?
ilkinvəziyyət sil get 100, 150 cizgi() get 600, 150 cizgi() get 100, 400 cizgi() get 600, 400 cizgi() altproqram cizgi () [ qələminrəngi 4 qələmineni 120 qələmiendir təkrarla 36 [irəli 10 sağa 10] qələmiqaldır ]