Bir proqramda bir neçə, hətta onlarla, yüzlərlə altproqram ola bilər. Hər bir altproqramın öz adı olur və ona həmin adla müraciət olunur. Proqramlaşdırmada buna altproqramın çağırılması deyilir. Proqramda adı çəkilən, yəni çağırılan altproqram dərhal icra olunur. Altproqramın icrası sona çatan kimi əsas proqramın işi bilavasitə altproqramın çağırıldığı yerdən sonra gələn komandadan davam etdirilir. Bir altproqramı istənilən qədər çağırmaq olar.
ALPLogo mühitində altproqram altproqram
açar sözü ilə başlayır və ondan sonra altproqramın adı
yazılır. Addan sonra açılan və bağlanan mötərizələr ()
qoyulur.
Altproqramları əsas proqramın sonunda yerləşdirmək
məqsədəuyğundur.
İndi daha anlaşıqlı olması üçün altproqramı bir nümunə üzərində əyani
göstərək. Aşağıdakı proqramı ALPLogo mühitində yazıb icra etsəniz, S
fiquru
alınacaq:
Bu nümunədə proqramın sonunda yerləşən və kvadrat
adlandırılmış altproqram
( altproqram kvadrat ()
), sadəcə, Bağanın durduğu mövqedən
başlayaraq kvadrat çəkir. Proqramın mətnində bu altproqrama 4 dəfə müraciət
olunub.