Mənimsətmə komandası |
Mənası |
x=3
|
x dəyişəninə 3 qiyməti mənimsədilir. |
x=5+3
|
5 və 3 qiymətləri toplanılır və nəticə x dəyişəninə mənimsədilir. |
b=a+4
|
a dəyişəninin qiymətinin üzərinə 4 əlavə olunur və nəticə b dəyişəninə mənimsədilir. |
z=x*y
|
x və y dəyişənlərinin qiymətləri bir-birinə vurulur və nəticə z dəyişəninə mənimsədilir. |
b=b+2
|
b dəyişəninin qiymətinin üzərinə 2 əlavə olunur və nəticə yenə də b dəyişəninə mənimsədilir. |
z=z–1
|
z dəyişəninin qiymətindən 1 çıxılır və alınan nəticə yenə də z dəyişəninə mənimsədilir. |
Sonuncu iki nümunəyə xüsusi diqqət yetirmək lazımdır. Qəribə görünsələr də, bu yazılışlar mənimsətmə işarəsinin adi bərabərlik işarəsindən fərqli olduğunu göstərir. Ümumiyyətlə, proqramlarda bu cür yazılışlara tez-tez rast gəlinir.
İfadənin qiymətinin hesablanması zamanı təbii olaraq belə bir sual meydana çıxır: əməllər hansı ardıcıllıqla yerinə yetirilməlidir? Riyaziyyatdakı qayda burada da tətbiq olunur: öncə vurma və bölmə, sonra isə toplama və çıxma əməlləri yerinə yetirilir. Əməllərin yerinə yetirilmə ardıcıllığını dəyişmək üçün riyaziyyatda olduğu kimi, burada da mötərizələrdən istifadə olunur. Məsələn:
yuxarıdakı ifadəsinin ALPLogo dilində yazılışı belədir:
y = ((x+25)*(x-3*z))/(x*x)
Dəyişənlər, yaxud dəyişənlərdən ibarət olan ifadələr müxtəlif komandaların arqumentləri ola bilər.
qələmineni 10 qələmiendir dəyişən a dəyişən b a = 225 b = 1 sola 80 təkrarla 220[qələminrəngi b irəli a sağa 25 b = b+1 a = a-1 geri a]