Altıncı mərhələ proqramın icrasından sonra
alınan nəticələrin təhlilidir. Bu təhlillər əsasında
uyğun qərar qəbul olunur. Məsələn, əgər iki ədədin
cəmini hesablayan proqram 2 və 3 ədədlərini toplayıb
çıxışa 6 verirsə, deməli, proqramda yanlışlıq var. Yəni alqoritm və proqrama yenidən baxılmalıdır.
Beləliklə, kompüterdə məsələ həlli aşağıdakı əsas mərhələlərdən keçir.
ALPLogo mühitində proqramı yığın və icra edin. a və b dəyişənlərinə müxtəlif qiymətlər verməklə proqramı sınaqdan keçirin.
sil ilkinvəziyyət dəyişən a dəyişən b a=24 b=45 əgər (a > b) [yaz "a böyükdür b"] əkshalda [yaz "a kiçikdir b"]