Məsələ. Otağın döşəməsinin rənglənməsi üçün nə qədər boya lazım olacağını
hesablayan proqram yazın.
Həlli.
- Otağın sahəsini hesablamaq üçün öncə döşəmənin enini və uzunluğunu ölçmək
lazımdır. Sonra bir qutu boya ilə nə qədər sahəni rəngləmək mümkün
olduğu aydınlaşdırılmalı və cəmi neçə qutu boyaya ehtiyac olduğu hesablanmalıdır.
- Tutaq ki, a – döşəmənin uzunluğu, b – döşəmənin eni,
S1 – bir qutu boyanın nəzərdə tutulduğu sahə, n
isə
qutuların sayıdır. Onda döşəmənin sahəsi S = a · b
düsturu, onu rəngləmək üçün tələb olunan boya
qutularının sayı isə n = S / S1 düsturu ilə hesablanır.
- Məsələnin həll alqoritmini sağ tərəfdə verilmiş blok-sxemlə
göstərmək olar.
-
Bu alqoritmə uyğun proqramı ALPLogo mühitində
yığın və icra edin.
dəyişən a, b, S1, S, n
a = 6
b = 10
S1 = 15
S = a * b
n = S / S1
yaz n, “ qutu boya”
- a, b və S1 dəyişənlərinə müxtəlif qiymətlər verməklə
proqramı
icra edin.