- İnformasiyanın xassələrini sadalayın.
-
Verilmiş məlumatlardan hansı aktuallığını itirib?
- Təbiətdə ağırlıq, çəki, elastiklik və sürtünmə qüvvələri mövcuddur.
- Tramvaylarda gediş haqqı digər nəqliyyatlarla müqayisədə aşağıdır.
- Su molekulu bir atom oksigen və iki atom hidrogendən ibarətdir.
- Bir elmi öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən. (Nizami)
-
Aşağıdakı xassələrə malik informasiyalara nümunələr göstərin:
- etibarlı, ancaq obyektiv olmayan informasiya;
- obyektiv, ancaq etibarlı olmayan informasiya;
- tam, etibarlı, ancaq aktual olmayan informasiya;
- aktual, ancaq anlaşıqlı olmayan informasiya.
- Mövqesiz və mövqeli say sistemlərinin fərqi nədədir?
-
Hansı ədədlər 5-lik say sisteminin ədədləri ola bilməz?
564, 238, 934, 1293478, 455223, 231423, 10101
-
Ədədləri müqayisə edin.
1012 , 1018 və 10116
268 və 2210
- 19 müxtəlif simvolu ən azı neçə bitlə kodlaşdırmaq olar?
(Məsələn, 4
müxtəlif simvolu ən azı 2 bitlə göstərmək olar – 00, 01, 10 və 11.)
- ASCII kodlaşdırmasında “Bir bayt 8 bitdən ibarətdir.”
informasiyasının həcmi neçə bit olacaq?