ASCII kodları lazım olan simvolların hamısını göstərə bilmir. Dünyadakı təxminən 6800-dən çox dilin bütün simvollarını əhatə etmək üçün yeni kodlaşdırma sxeminin işlənib hazırlanmasına ehtiyac yarandı. Nəticədə UNICODE (“yunikod” kimi tələffüz olunur) meydana çıxdı. Bu kodlaşdırmanın işlənib hazırlanmasında dünyanın hər yerindən dilçilər və kompüter mütəxəssisləri iştirak edib. UNICODE yanaşmasının mahiyyəti ondan ibarətdir ki, hər bir simvol 16-bitlik ədədlə göstərilir. Bu isə o deməkdir ki, hər bir simvol iki bayt yer tutur. Bu qayda ilə 65 536 işarə və ya simvol kodlaşdırmaq olur.
Simvollar sətri | Həcmi |
İnformatika | ASCII kodlaşdırmasında 88 bit, yaxud 11 bayt yer tutur. |
UNICODE kodlaşdırmasında 176 bit, yaxud 22 bayt yer tutur. |
ASCII və UNICODE kodlaşdırma standartları haqqında İnternetdən məlumat toplayın.
Şahmat taxtası 8 sətirdən və 8 sütundan ibarətdir. Taxtanın bütün xanalarını kodlaşdırmaq üçün ən azı neçə bit lazımdır?
A) 4 B) 5 C) 6 D) 7