Ədədlərin oxunuşunda söhbətin 10-luq say sistemindən getmədiyini bildirmək üçün “on”, “on bir ” kimi ifadələrdən deyil, “bir sıfır ”, “bir bir ” kimi ifadələrdən istifadə olunur.
Müxtəlif say sistemləri ilə işləyərkən ədədin onlardan hansına aid olduğunu bildirmək üçün ədədin aşağı indeksində say sisteminin əsası göstərilir. Məsələn, yuxarıdakı cədvələ görə:
1310 = 158 = 11012 = D16
İkilik say sisteminin yeganə çatışmazlığı ədədlərin yazılışının çox uzun alınmasıdır. Ancaq buna baxmayaraq, ikilik say sistemi texnikanın müxtəlif sahələrində, xüsusən, kompüterlərdə geniş istifadə olunur.
Hər hansı say sistemində verilmiş ədədin 10-luq say sistemində qarşılığını tapmaq çox da çətin deyil. Bunun üçün verilmiş ədədin açıq yazılışından istifadə olunur. Açıq yazılışdakı hesab əməllərini 10-luq say sistemində aparmaqla verilmiş ədədin 10-luq say sistemində qiyməti tapılır. Məsələn:
11010102 = 1 ∙ 26
+ 1 ∙ 25
+ 0 ∙ 24
+ 1 ∙ 23
+ 0 ∙ 22
+ 1 ∙ 21
+ 0 ∙ 20
= 64 + 32 + 0 + 8 + 0 + 2 + 0 = 10610
4357 = 4 ∙ 72
+ 3 ∙ 71
+ 5 ∙ 70
= 196 + 21 + 5 = 22210