Anlaşıqlılıq. İnformasiya nəzərdə tutulan şəxsin başa düşdüyü şəkildə verilməlidir.
Başqa sözlə, o, anlaşılan olmalıdır. Məsələn, not yazısı musiqi məktəbinin
şagirdi üçün anlaşıqlıdır. Ancaq notları bilməyən şagird üçün onun heç
bir faydası yoxdur. Ərəb əlifbasını bilməyən kimsə yazısından heç nə
anlamayacaq.
Bu vəziyyətin səbəbi nə ola bilər?
Araşdıraq – öyrənək
İstədiyiniz fənn üzrə sonuncu keçdiyiniz mövzunu bir daha gözdən keçirin.
Həmin mövzunu informasiyanın xassələri baxımından təhlil etməyə çalışın:
Mövzu anlaşılandırmı? Aktualdırmı? Verilən informasiya tamdırmı? Etibarlıdırmı?
Fikirlərinizi qısaca yazıb yoldaşlarınızla müzakirə edin.
Öyrəndiklərinizi yoxlayın
- “Dad yarımçıq əlindən” atalar sözünü informasiyanın hansı xassəsinə qarşı
qoymaq olar?
- Nağıllardakı informasiyanı obyektiv və etibarlı hesab etmək olarmı?
- Hansı hallarda informasiyanın anlaşıqlılığını azaltmağa cəhd edilir?
- İnformasiyanın xassələri onu alan insandan asılıdırmı? Fikirlərinizi nümunələrlə
izah edin.