Sehrbazın köməyi ilə təqdimatın hazırlanması.
- OpenOffice Impress təqdimat proqramını
başladın. Presentation Wizard (Təqdimat
Sehrbazı) pəncərəsi açılacaq.
- Presentation Wizard pəncərəsində
From template (Şablondan) variantını
seçin və Next düyməsini çıqqıldadın.
Sehrbazın ikinci səhifəsi açılacaq.
- Select a slide design bölümündəki
siyahıdan bəyəndiyiniz dizaynı (məsələn,
Water) seçin və Next düyməsini
çıqqıldadın. Sehrbazın üçüncü səhifəsi
açılacaq. Yenidən Next düyməsini çıqqıldadıb
dördüncü səhifəyə keçin.
- Birinci boş sahədə öz adınızı (məsələn,
Orxan İbrahimli), ondan aşağıdakı
sahədə isə təqdimatın mövzusunu
(məsələn, Okeanlar) daxil edin. Next
düyməsini çıqqıldadın. Sehrbazın beşinci
səhifəsi açılacaq.
- Bu səhifədə heç nəyi dəyişmədən
Create düyməsini çıqqıldadın. Sehrbazın
daxil edilmiş verilənlər əsasında
yaratdığı təqdimat pəncərəsi açılacaq.
Pəncərənin sol hissəsində (Slaydlar panelində)
təqdimatın strukturu, orta hissəsində
(İş sahəsində) isə titul slaydı görünəcək.
- Slaydlar panelində slaydları bir-bir aktivləşdirməklə,
onlar üzərində istədiyiniz
dəyişiklikləri edin.
- Sonda təqdimat faylını uyğun adla istədiyiniz
yerdə saxlayın.