Siçanın göstəricisini ölçülərini dəyişdirdiyiniz şəklin öncə ilkin, sonra isə yeni variantının üzərinə aparıb azacıq gözləyin. Buna bənzər məlumat boksu açılacaq.
Bu məlumat boksundan istifadə edib aşağıdakı cədvəli doldurun.
Faylın adı | Faylın tipi (Item type) |
Görüntünün ölçüləri (Dimensions) |
Faylın həcmi (Size) |
Beləliklə, şəklin atributları dedikdə, ilk növbədə, onun tipi, çözümlülüyü və ölçüləri nəzərdə tutulur. Bu atributları dəyişməklə görüntünün keyfiyyətini, həcmini artırıb-azaltmaq mümkündür.