Fayl formatı (tipi) qrafik faylın əsas atributudur. Qrafik faylın daha iki mühüm atributu da vardır: piksellərin sayı (çözümlülük) və görüntünün ölçüsü (eni və hündürlüyü).
Görüntünün keyfiyyəti onu təşkil edən piksellərin sayından asılıdır. Başqa sözlə, piksellərin sayının artırılması görüntünün keyfiyyətini yaxşılaşdırır. Ancaq nəzərə almaq lazımdır ki, piksellərin sayı artdıqca görüntünün diskdə tutduğu yer də artır.
Görüntünün ölçülərinin dəyişdirilməsi.
Alətlər panelində Resize (ölçü dəyişmək) düyməsini çıqqıldadın. Resize and Skew dialoq pəncərəsi açılacaq.