Qrafik faylın müxtəlif uzantılarla saxlanılması.
- Paint qrafik redaktorunu başladın.
-
Open dialoq pəncərəsini açın. Pəncərənin sol hissəsində görünən Pictures
kitabxanasına, sonra isə həmin kitabxanadakı Sample Pictures qovluğuna
daxil olun.
- Qovluqdakı şəkillərdən birini seçin və Open düyməsini çıqqıldadın. Seçdiyiniz
şəkil qrafik redaktorun iş sahəsində əks olunacaq. Öz qovluğunuzdan da hər
hansı şəkli seçib aça bilərsiniz.
- Save as komandasını seçin. Uyğun dialoq pəncərəsi açılacaq. Pəncərənin aşağı
hissəsində File name sahəsində faylın adı, Save as type sahəsində isə faylın
tipi (uzantısı) əks olunacaq.
- Dialoq pəncərəsinin sol panelindən istifadə etməklə şəxsi qovluğunuza daxil olun.