Diaqram ədədi və başqa növ informasiyanın qrafik təqdimolunma formasıdır.
Diaqramlar müxtəlif kəmiyyətlər arasında münasibəti əyani göstərir. Diaqramların müxtəlif növləri vardır: sütunlu, dairəvi, piramidal və s. Tamın hissələri olan kəmiyyətləri əks etdirmək üçün çox zaman dairəvi diaqramlardan istifadə olunur. Məsələn, yuxarıdakı nümunədə ad günlərinin fəsillər üzrə necə paylanmasından asılı olmayaraq onların cəmi sinfin bütün şagirdlərini əhatə edəcək.
Geniş tətbiq olunan diaqramlardan biri sütunlu diaqramlardır. Onlardan, əsasən, kəmiyyətin dəqiq qiymətlərini bilmək və dəyişmə dinamikasını izləmək üçün istifadə olunur. Sütunlu diaqramlar eyni enə malik paralel düzbucaqlılardan (sütunlardan) ibarət olur. Sütunların hündürlükləri kəmiyyətin aldığı qiymətlərə mütənasib olur və həmin qiymətlər şaquli oxda göstərilir.
Qrafik və diaqramlar birbaşa cədvəllərlə bağlı olduğundan cədvəl prosessorlarının diaqramlarla işləmək üçün geniş imkanları vardır. Ancaq bəzi mətn redaktorları da onlarda yaradılmış cədvəlləri diaqram şəklində təqdim edə bilir.
Mətn redaktorunda cədvəlin yaradılması və bu cədvəl əsasında diaqramların qurulması.
Ölkə | Ərazisi, mln. km2 |
Amerika Birləşmiş Ştatları | 9,4 |
Çin | 9,6 |
Hindistan | 3,3 |
Rusiya | 17,1 |