Şəkillərdə ölkəmizin 4 bölgəsində aylıq yağıntının miqdarı (mm) təsvir olunub.
Aşağıdakı cədvəli sinfinizdəki şagirdlərin doğum tarixlərinə görə doldurun.
7A sinif şagirdlərinin doğum tarixlərinin fəsillər üzrə paylanması
Yaz | Yay | Payız | Qış | |
Şagirdlərin sayı |
Müəyyən hallarda cədvəllərin adi mətndən üstünlüyünü bilirsiniz. Ancaq sətir və sütunların sayı artdıqca cədvəllərlə işləmək o qədər də əlverişli olmur. Belə hallarda informasiya modelinin başqa formaları: sxemlər, qrafiklər, diaqramlar köməyə gəlir. Bu formalar yığcam olmaqla yanaşı, həm də asan qavranılır.