Bəzən cədvəlin bir neçə xanasını birləşdirmək lazım gəlir. Bunun üçün Table Merge Cells menyu komandası nəzərdə tutulub. Əlbəttə, bu komandanı çalışdırmazdan öncə birləşdiriləsi xanaları seçdirmək lazımdır. Aşağıdakı cədvəl bu imkandan istifadə edilərək çəkilib.
Beynəlxalq Vahidlər Sistemində əsas vahidlər | |||
Kəmiyyət | Vahid | ||
Adı | Şərti işarəsi | Adı | Şərti işarəsi |
Uzunluq | l | metr | m |
Kütlə | m | kiloqram | kq |
Zaman | t | saniyə | san |
Mətn redaktorunda belə bir cədvəl hazırlayın. Cədvələ “Əhalisi”, “Qonşu dövlətlər”, “İnternet domeni” haqqında sətirlər əlavə edin.
Türkiyə | |
Rəsmi adı | Türkiyə Respublikası |
Paytaxtı | Ankara |
Yaradılış ili (Anadolu Səlcuqluları) | 1077 |
Osmanlı Dövlətinin qurulması | 1299 |
Respublikanın elan edilməsi | 1923 |