Göstərişləri yerinə yetirməklə cədvəl yaradın.
-
OpenOffice.org Writer mətn redaktorunu başladın. Yeni boş sənəd
açılacaq.
-
“ Dünyanın ən böyük gölləri ” ifadəsini daxil edib Enter klavişini basın. Kursor
növbəti sətrə keçəcək.
-
Table Insert
Table... menyu
komandasını seçin. Insert Table dialoq pəncərəsi
açılacaq.
-
Columns və Rows sahələrindəki
qiyməti “5” edib OK
düyməsini çıqqıldadın. Beş
sətir və beş sütundan ibarət boş
cədvəl yaranacaq.
-
Birinci sətrin birinci xanasını çıqqıldadın
və “Adı” yazın.
- Tab klavişini basın, “Su səthinin
sahəsi, min kv. km” yazıb, Tab klavişini basın, “Dəniz səviyyəsindən yüksəkliyi,
m” yazıb Tab klavişini basın.
“Ən dərin yeri, m” yazıb Tab klavişini basın, “Yerləşmə yeri” yazın və
kursoru növbəti
sətrin birinci xanasına keçirmək üçün Tab klavişini basın.
-
Yuxarıdakı qayda ilə bu sətrin xanalarına uyğun olaraq “Xəzər dənizi”,
“376”, “-28”,
“1025” və “Avrasiya” yazın.
-
Eyni qayda ilə növbəti sətrin xanalarına uyğun olaraq “Yuxarı göl”, “82.4”,
“183”,
“393” və “Şimali Amerika” yazın. Cədvəlin üçüncü sətri dolmuş olacaq.
-
Növbəti sətrin uyğun xanalarına “Viktoriya”, “68”, “1134”, “80”
və “Şərqi Afrika”
yazın. Cədvəlin dördüncü sətri dolacaq.
-
Cədvələ yeni sətirlər artırmaq üçün öncə kursoru
sətirlərin artırılacağı yerə yerləşdirin. Sonra
menyudan Table
Insert Rows
komandasını
seçin. Insert Rows dialoq pəncərəsi
açılacaq.
-
Number sahəsində əlavə etmək istədiyiniz
sətirlərin sayını göstərin. Əgər sətirləri kursorun
olduğu yerdən yuxarıya artırmaq istəyirsinizsə, Before, aşağıya artırmaq
istəyirsinizsə, After variantını seçin. OK düyməsini
çıqqıldatdıqdan sonra
göstərdiyiniz sayda boş sətir cədvələ əlavə olunacaq.
-
Cədvəlin birinci sətrini seçdirin və formatlama alətləri zolağındakı Centered
düyməsini çıqqıldadın. Seçdirilmiş xanalardakı yazılar mərkəzə düzləndiriləcək.