Mətnlə tanış olun və onun əsasında aşağıdakı nümunəyə uyğun cədvəl qurun.
Dünyanın ən böyük gölləri
Dünyanın ən böyük gölü Avrasiya materikində yerləşən Xəzər dənizidir. Onun su səthinin sahəsi 376000 km2 , dəniz səviyyəsindən yüksəkliyi -28 m, ən dərin yeri isə 1025 metrdir. Şimali Amerikada yerləşən Yuxarı gölün su səthinin sahəsi 82400 km2, dəniz səviyyəsindən yüksəkliyi 183 m, ən dərin yeri isə 393 metrdir. Afrikanın şərqindəki Viktoriya gölü dəniz səviyyəsindən 1134 m yüksəklikdə yerləşir. Onun su səthinin sahəsi 68000 km2, ən dərin yeri isə 80 metrdir.
Gölün adı | Su səthinin sahəsi, min kv. km |
Dəniz səviyyəsindən yüksəkliyi, m |
Ən dərin yeri, m |
|
Cədvəllərlə işləmək üçün xüsusi proqramlar – cədvəl prosessorları vardır. Ancaq mətn redaktorlarında da sadə cədvəllər yaratmaq mümkündür. Zərurət olduqda cədvəlin ölçülərini, strukturunu, yaxud formatını dəyişmək, eləcə də xanalardakı mətni formatlamaq olar.
Xanalardakı mətnin formatlanması adi qaydada aparılır, ancaq burada mətn xananın qıraqlarına görə düzləndirilir. Cədvəlin xarici görünüşünü yaxşılaşdırmaq üçün ona çərçivə və fon da vermək olar. Cədvələ sütun və sətirlər artırmaq, onları cədvəldən uzaqlaşdırmaq, cədvəldəki verilənləri əlifbaya görə sıralamaq olar.