Nömrə | Müəllif | Əsərin adı | İl | Rəf |
0001 | Nizami Gəncəvi | Sirlər xəzinəsi | 2006 | 1 |
0002 | Məhəmmədhüseyn Şəhriyar | Heydərbabaya salam | 1998 | 3 |
0003 | Refik Özdek | Türklerin altın kitapı | 1990 | 1 |
0004 | Jül Vern | Kapitan Qrantın uşaqları | 2009 | 2 |
0005 | Aleksandr Puşkin | Şeirlər | 1999 | 6 |
... |
Göründüyü kimi, kitabxananız haqqında informasiya belə bir cədvəldə daha nizamlı şəkildə saxlanılır. Bu cədvəldən hər hansı kitabın sizdə olub-olmadığını, yaxud axtardığınız kitabın hansı rəfdə olduğunu asanlıqla bilmək olar. Şəxsi kitablarınızın sayı artdıqca belə bir cədvəlin əhəmiyyəti də artır. Beləliklə, cədvəl modeli informasiyanın asan və tez axtarılıb tapılması baxımından adi mətnlə müqayisədə böyük üstünlüyə malikdir.
Cədvəl tərtib edərkən bir neçə qaydaya əməl etmək lazımdır:
Bəzən məsələlərin həll alqoritmini yaxşı anlamaq üçün onları cədvəl formasında göstərmək çox əlverişli olur.