ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ
TAPŞIRIQLAR
Uyğunluğu tapın.
- prosessor
- yaddaş qurğuları
- çıxış qurğuları
- giriş qurğuları
- informasiyanın qəbulu
- informasiyanın ötürülməsi
- informasiyanın emalı
- informasiyanın saxlanması
- Kompüterin sistem lövhəsinə hansı komponentlər quraşdırılır?
genişləndirmə yuvaları, sərt disk, operativ yaddaş,
siçan,
klaviatura,
qidalanma bloku, monitor, printer, mikrofon, prosessor, coystik
- Mikroprosessorları bir-birindən fərqləndirən nədir?
- Ekranın çözümlülüyü nədir, onun yuxarı və ya aşağı olması nəyə təsir edir?
- Düym nədir? Onunla kompüterin hansı parametri ölçülür?
- Printerlərin hansı növləri var? Onlar bir-birindən nə ilə fərqlənir?
- Verilmiş kompüter proqramlarını qruplaşdırın.
MS Paint
Windows 7
Open Office.org Writer
Python
Internet Explorer
ALPLogo
NotePad
MS PowerPoint
Mozilla Firefox
-
SİSTEM PROQRAMLARI
-
TƏTBİQİ PROQRAMLAR
-
PROQRAMLAŞDIRMA
ALƏTLƏRİ