Ona görə də onları təkrarlamadan, qovluqlarla bağlı tez-tez istifadə olunan başqa bir əməliyyatla – iç-içə qovluqların yaradılması ilə tanış olaq.
Siçanın göstəricisini fayllarınızı saxladığınız qovluğun üzərinə aparıb azacıq gözləyin. Açılan çərçivədən qovluğun ölçüsünü öyrənib qeyd edin.
Sonra qovluğa daxil olub oradakı obyektlərin ölçülərini cəmləyin. Nəticələri müqayisə edin. Alınan fərqin səbəbinin nə ilə bağlı olduğunu öyrənməyə çalışın.