Faylın yerinin və adının dəyişdirilməsi, kopiyasının yaradılması və
uzaqlaşdırılması.
View Medium Icons
menyu komandasını seçin. Qovluqdakı fayllar simgələr
şəklində əks olunacaq.
1. Hər hansı faylın yerini dəyişdirmək üçün:
- siçanın göstəricisini həmin faylın simgəsinin üzərinə aparın;
- siçanın sol düyməsini basın;
- düyməni basılı saxlayaraq siçanı hərəkət etdirin. Bu zaman faylın simgəsinin
də hərəkət etdiyini görəcəksiniz;
- siçanın düyməsini buraxın – faylın simgəsi yeni yerdə əks olunacaq.
2. Hər hansı faylın kopiyasını yaratmaq üçün:
- siçanın göstəricisini həmin faylın simgəsinin üzərinə aparın;
- siçanın sol düyməsini və klaviaturada Ctrl klavişini basın;
- hər iki düyməni basılı saxlayaraq faylın simgəsinin yerini dəyişin;
- öncə siçanın düyməsini, sonra isə Ctrl klavişini buraxın – qovluqda faylın
kopiyası yaranacaq.
3. Faylın kopiyalarının adını dəyişmək üçün:
- siçanın göstəricisini adını dəyişmək istədiyiniz faylın üzərinə aparın;
- siçanın sağ düyməsini çıqqıldadın;
- açılan kontekst menyusunda Rename bəndini seçin – faylın adı düzbucaqlı
çərçivə ilə seçdiriləcək;
- fayl üçün yeni adı daxil edin;
- Enter klavişini basın.
Eyni qayda ilə qalan kopiya fayllarının da adını dəyişdirin.
4. Faylın kopiyalarını uzaqlaşdırmaq üçün:
- siçanın göstəricisini uzaqlaşdırmaq istədiyiniz faylın üzərinə aparın;
- siçanın sağ düyməsini çıqqıldadın;
- açılan kontekst menyusunda Delete bəndini seçin;
- açılan pəncərədə Yes düyməsini çıqqıldadın (əgər faylı uzaqlaşdırmaq
istəmirsinizsə, No düyməsini çıqqıldadın).
Eyni qayda ilə qalan kopiya fayllarını da uzaqlaşdırın.