Hər bir obyekt kimi, qovluğun da parametrləri vardır. Onlardan ən başlıcası qovluğun adıdır. Qovluğa adın verilməsi qaydası fayldakı kimidir. Yeganə fərq ondadır ki, qovluğun adının uzantısı, bir qayda olaraq, olmur.
Qovluğun parametrlərindən biri də onun ölçüsüdür. Qovluğun ölçüsü onun içərisində olan bütün faylların və qovluqların ölçülərinə görə müəyyən olunur. Qovluq yaradılarkən əməliyyat sistemi onun yaranma tarixi və zamanını qeydiyyata alır.
Qovluqda olan fayllara baxış.
Siyahının başqa bəndlərini (məsələn, Tiles, Content, Small Icons, Details) seçin və əks olunan informasiyanın necə dəyişməsini izləyin. Nəticələri müqayisə edin.