Ötən dərslərdə kompüter sisteminin əsas qurğuları – onun aparat təminatı ilə tanış olmusunuz. Kompüterin hər hansı işi yerinə yetirməsi üçün aparat təminatı yetərli deyil, bunun üçün ona proqramlar da lazımdır.
Kompüterin standart proqramları ilə tanış olun. Bunun üçün:
Klaviaturada klavişin basılmasına, siçanın hərəkətinə, başqa kompüterdən informasiyanın alınmasına kompüterin necə reaksiya verməsini proqramlar müəyyən edir. Ekrana görüntünün çıxarılmasını, sənədin printerdə çap üçün hazırlanmasını, kompüterdə musiqinin səsləndirilməsini də proqramlar həyata keçirir.
Kompüterdəki bütün proqramlar onun proqram təminatını təşkil edir. Bütün kompüter proqramlarını üç sinfə ayırmaq olar: sistem proqramları, tətbiqi proqramlar və proqramlaşdırma alətləri.
Proqramlaşdırma alətləri bəzən sistem proqramları sinfinə də aid edilir.
Sistem proqramları kompüterin bütün hissələrinin düzgün və əlaqəli işləməsini təmin edir, kompüterdə informasiyanın saxlanması və ötürülməsini təşkil edir. Sistem proqramları arasında əməliyyat sistemləri xüsusi yer tutur.