Lazerli printerlərin sürəti dəqiqədə çap etdikləri səhifələrin sayı ilə ölçüldüyü halda, matrisli printerlərin sürəti bir saniyədə çap olunan simvolların sayı ilə ölçülür.
Çap qurğularının başqa bir növü də plotterdir. Plotterlər rəssamlar, dizaynerlər, bədii tərtibatçılar, mühəndislər, layihəçilər üçün əvəzsiz vasitədir. Plotterdə çap olunan sənədin eni printerlərlə müqayisədə daha böyük olur. Onun uzunluğu isə rulon kağızın uzunluğundan asılıdır.
İnformasiyanın növündən asılı olaraq başqa çıxış qurğularından – proyektordan, səsucaldanlardan da istifadə olunur.
Kompüterə qoşulmuş printer haqqında məlumat əldə etmək üçün Baş menyuda Devices and Printers bəndi nəzərdə tutulub. Həmin bəndi seçməklə açılan pəncərənin Printers and Faxes bölümündə işlədiyiniz kompüterlə əlaqəli olan printerlərin simgələri və adlarını görmək olar.
Kompüterinizə printer qoşulubmu? Qoşulmuş printerin adına görə İnternetdən onun növünü müəyyən edin.