Müxtəlif növ verilənləri kompüterə daxil etmək üçün xüsusi giriş qurğuları vardır: mikrofon, skaner, kamera, coystik, qrafik planşet, sensorlu ekran və s. Sensorlu ekran həm də çıxış qurğusu sayılır.
Skaner görüntüləri kompüterə daxil etmək üçün onları koda çevirən qurğudur. Skanerlər növ və ölçülərinə görə fərqlənir:
Görüntü skaneri və üzçıxaran qurğunun (kseroksun) iş prinsipləri bir-birinə çox oxşayır. Ancaq kseroksdan fərqli olaraq, skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompüterdə olduqdan sonra isə onu başqa yerə köçürmək, dəyişdirmək, saxlamaq, elektron poçtla göndərmək olar.
Siçanın parametrlərini (hərəkət sürətini, göstəricinin görünüşünü və s.) dəyişmək üçün aşağıdakı addımları yerinə yetirin:
Düzgün olmayan fikirləri doğruya çevirin:
– Siçanın təkərciyini fırlatdıqda ekranda göstərici yerini dəyişir.